Azərbaycan Ordusunun 44 günlük müharibədə əldə etdiyi möhtəşəm qələbəni həzm edə bilməyən ermənilər İrəvanda aksiyaları davam etdirməkdədir. Aksiya iştirakçıları Azadlıq meydanında Nikol Paşinyanın rəhbərlik etdiyi hazırkı Nazirlər Kabinetinin istefası, milli razılıq hökumətinin qurulması və erkən seçkilərin keçirilməsi tələbini irəli sürürlər. Bundan əlavə, Paşinyan tərəfdarları da aksiya keçirir. Onlar hər şeydə günahı keçmiş hökumətin üzərinə atırlar.
Bununla bağlı KONKRET.az-a danışan Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna”- “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı bildirib ki, möhtəşəm qələbədən sonra İrəvanda vəziyyətin gərginləşməsi normal və təbiidir. Çünki erməni xalqı uzun illərdir aldadılıb və bu gün də proses davam edir. Nəticədə məlum olub ki, söylənilən hər şey yalandır. Ona görə də erməni xalqı Paşinyanın istefasını istəyir. Başqa səbəbdən Paşinyanın istefası tələb olunsa da, 3-4 gün ərzində o, çoxdan könüllü vəzifəsindən gedəcək. İndiki halda Paşinyanın buraxdığı səhvlər nəticəsində Ermənistanın məğlubiyyətinin məsuliyyəti altına heç kim girmək istəmir. Məhz ona görə Paşinyan hakimiyyətdə qalır və bir müddət də qalacaq. Ümumiyyətlə, bu məğlubiyyətin üstü örtülənə qədər Paşinyan hakimiyyətdən getməyəcək. Onun istefasını tələb etsələr də, konkret Nikolun əvəzinə gələ biləcək, ölkəyə liderlik edəcək insanın adı ortalıqda yoxdur. Ona görə də bu proseslər uzun müddət davam edəcək. Əslində davam etməsi bizim xeyrimizədir. Bizə çəkdirdiklərinin bədəli bir-birilərini qırmaqla çıxsın”.
Elçin Şıxlı Ermənistan Baş nazirinin oğlunun quldur dəstəsinin saxlanması ilə bağlı xəbərə münasibətini bildirərək qeyd edib ki, Paşinyanın oğlu burnunun suyunu axıdan dünənki uşaqdır: “Müharibədə onun iştirakı ziyandan başqa Ermənistana heç nə vermədi. O heç kimin başında dura bilməz. Çünki onun atası Paşinyan dövlətinin başında ləyaqətlə dura bilmir”.
Nərgiz Mirzəyeva,
KONKRET.az

erməni xalqin derdini indi de çekək özleri bilsin