Ələt-Astara yolunda minik avtomobili yük maşınına çırpılıb: Yaralılar varbackend

Ələt-Astara yolunda minik avtomobili yük maşınına çırpılıb: Yaralılar var

Ələt-Astara avtomobil yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobilinin “Kamaz” markalı yük avtomobilinə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb. Hazırda onların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*