Əli Hüseynli narazılıq yaradan 500 manatlıq cərimədən DANIŞDIbackend

Əli Hüseynli narazılıq yaradan 500 manatlıq cərimədən DANIŞDI

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ötən gündən etibarən Mülki Prosessual Məcəlləyə təklif edilən və vəkillər tərəfindən tənqid edilən məsələyə münasibət bildirib. O, məhkəməyə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edilməsi haqda danışıb.

KONKRET.az xəbər verir ki, Ə. Hüseynli parlamentdə qeyd edib k, təndiqlər cərimələrin artırılması ilə bağlıdır:

“Qanunun mahiyyəti isə odur işlərin düzgün baxılmasına aşkar sürətdə maneçilik törədilməsiyə bağlı həyata keçirilir. Birinci, qeyd edim ki, başqa qanunda məhkəmə xərcləri fəslində belə bir müddəa da var. Əsassız iddia təqdim etmiş şəxs üçün cərimə məbləği 55 manatdan 500 manata qaldırılması təklif olunur.

Bununla bağlı diskussiya apara bilərik. Bu məsələ məhkəminin nüfuzunun qaldırılmasına yönəlib. Necə ola bilər ki, məhkəmə prosesinə hörmətsizlik edilsin?! Məbləğə növbəti oxunuşlarda baxa bilərik. Təklif olunur ki, ikinci oxunuşa qədər vəkillərin, ictimai şəxslərin iştirakıyla iclas keçirilsin. Hesab edirəm ki, məbləğlə bağlı razılaşma olacaq”./qafqazinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*