Əliyev özünə arxayındır, məqsədinə çatacağını bilir – Sergey Markovbackend

Əliyev özünə arxayındır, məqsədinə çatacağını bilir - Sergey Markov

Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov “Moskva-Bakı”ya müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Praqa görüşünün yekunlarını şərh edib.

KONKRET.az xəbər verir ki, rusiyalı politoloqun fikrincə, İlham Əliyev özünü sözün əsl mənasında suda balıq kimi hiss edirdi. Lakin Nikol Paşinyan çox gərgin və inamsız görünürdü. O, özünü narahat hiss edirdi.

“Praqa görüşündə bütün təmaslar Əliyevin gücünün, diplomatiyasının, aparıcı mövqeyinin və eyni zamanda, dialoqa hazır olmasının göstəricisinə çevrilib. Əliyev özünə, mövqeyinə arxayındır, məqsədinə çatacağını bilir” – deyə Sergey Markov əlavə edib.

Politoloqun fikrincə, Praqada Əliyev-Ərdoğan tandemi də özünü çox parlaq və ahəngdar şəkildə göstərdi.

Günel Mikayılova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*