Elman Nəsirov “Yəqin ki, Qüdsdə şəhid olaram” ifadəsinə aydınlıq gətirdibackend

Elman Nəsirov “Yəqin ki, Qüdsdə şəhid olaram” ifadəsinə aydınlıq gətirdi

Milli Məclisin deputatı Elman Nəsirov onun adından sosial şəbəkədə yayılan “Ən böyük arzum şəhid olmaqdır. Qarabağda nəsib olmadı, yəqin ki, Qüdsdə şəhid olaram” ifadəsinə aydınlıq gətirib.

KONKRET.az-ın məlumatına görə, deputat  açıqlamasında bildirib ki, heç bir mətbuat orqanına belə açıqlama verməyib.

E.Nəsirov bu yayanları “xəstə” adlandırıb: “Xəstə adamlardır. Ona görə də təklif edirəm ki, sosial şəbəkələrlə bağlı qanun qəbul edilməlidir. Bu şayiəni uyduranı məhkəməyə versəm, şər və böhtan maddəsi üzrə gərək həbs oluna. Sonra da anti-Azərbaycan dairələr deyəcəklər ki, həbs olunan şəxs siyasi məhbusdur. Baxın, ölkəmizdə “siyasi məhbus” belələrinə deyirlər. Böhtan yayan “insanlar” kişidirlərsə, mənbəni də göstərsinlər. Yox, bunu edə bilməsələr, onda “gözü ilə görmüşlərdəndirlər”. Kişi olan kəs mübarizəni kişi kimi aparar. Açıq, üzbəüz ideoloji mübarizədə məğlub etdiklərim komputer arxasında “şir”ə dönürlər. Doğrudan da, sürünmək üçün doğulanlar uça bilməzlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*