Embarqoya baxmayaraq, bəzi Avropa ölkələri Rusiyaya silah satıbbackend

Embarqoya baxmayaraq, bəzi Avropa ölkələri Rusiyaya silah satıb

Almaniyanın Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına rəğmən 2014-2020-ci illərdə 122 milyon avro dəyərində hərbi təchizat göndərdiyi irəli sürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə “Investigate Europe” hesabat yayımlayıb.

Hesabata əsasən, Rusiyanın Krımı ilhaq etməsindən sonra Aİ-nin 2014-cü ildə tətbiq etməyə başladığı silah embarqosuna baxmayaraq, Rusiyaya hərbi təchizat göndərib.

Ölkənin İqtisadiyyat Nazirliyinin sözçüsü Annike Eynhorn açıqlamasında Almaniyanın Aİ-nin 2014-cü ildəki embarqosundan sonra Rusiyaya hərbi təchizat üçün hər hansı yeni lisenziya vermədiyini deyib.

O, 2020-ci ilə qədər davam edən çatdırılma ilə bağlı açıqlama verməyib.

Almaniyanın Rusiyaya xüsusi mühafizə vasitələri, buzqıran gəmilər, tüfəng ixrac etdiyi bildirilib.

Qeyd edək ki, Rusiyanın 2014-cü ildə Krımı qanunsuz olaraq ilhaq etməsindən sonra Aİ bu ölkəyə hər hansı silah və ya silahla əlaqədar ləvazimatların ixracını yasaqlamağa qərar vermişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*