“Azərbaycan iqtisadi artım templərini qoruyub saxlayıb. Sosial sahəyə böyük diqqət yetirilir”.
KONKRET.az Unikal.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
MM sədri bildirib ki, əməkhaqqı və pensiyalar artırılır.