Emin Əmrullayev erməni terrorunun təhsilə vurduğu ziyanı AÇIQLADIbackend

Emin Əmrullayev erməni terrorunun təhsilə vurduğu ziyanı AÇIQLADI

“Ermənistanın hücumları nəticəsində 1221 təhsil müəssisəsi öz fəaliyyətini distant təhsilə keçirib”.

KONKRET.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bugünkü mətbuat konfransında deyib.

Emin Əmrullayev xəsarət alan və həlak olan şagirdlərin sayı barədə də məlumat verib: 

Ermənistanın hücumları nəticəsində 3 şagird ölüb, 15 şagird müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Qəsdən törədilən bu cinayətlər nəticəsində dinc əhali arasında da ölənlər var. Bölgələrdə 40-a yaxın məktəb dağılıb.

Mövcud vəziyyətdə biz inanırıq ki, Azərbaycan ordusu düşmənə layiqli cavabını verir. Əminik ki, proseslər yekunlaşdıqdan sonra təhsil müəssisələri də öz fəaliyyətini bərpa edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*