Ən güclü İMMUNİTET hansı bürcdədir? – Xəstəliklərin SİYAHISIbackend

Ən güclü İMMUNİTET hansı bürcdədir? - Xəstəliklərin SİYAHISI

İnsanlar arasında tez-tez xəstələnənlər və naxoşluqdan kənar gəzənlər olur. Hətta bəzən koronavirus kimi xəstəliklər 1 yastığa baş qoyan həyat yoldaşlarından digərinə keçməyə bilir. Bu isə yalnız sağlam həyat yaşamaqla əlaqəli deyil.

KONKRET.az xəbər verir ki, astroloqlar immun sistemini bürclərlə əlaqələndirir. Hətta ulduz falı ilə məşğul olanlar siyahı hazırlayıblar. İmmuniteti ən güclü bürc barədə daha ətraflı aşağıda:

Qoç

Himayədarı Marsdır. Mars fəallıq planetidir. Bura fiziki aktivliklə yanaşı, sinir sisteminin hərəkətliliyi də aiddir. Xəstəliklərin mənbəyi isə sinir hesab olunur. Qoçlar əsəbləşib, stresə düşən kimi immun sistemləri əziyyət çəkir. Sakit olan halda isə enerjisini fiziki fəallığa sərf etdiyi üçün xəstələnmir.

Buğa

Sevgi və harmoniyaya cavabdeh Veneranın himayəsində olan Buğaların immun sistemi möhkəm və stabildir. Amma həyat harmoniyaları silkələnən an onlar davamlı xəstəliklərə tutulurlar. Piylənməyə meyllidirlər.

Əkizlər

Merkurinin kölgəsindəki Əkizlər Qoçlar kimi əsəb xəstəliklərinə həssasdırlar. Sinirlənəndə isə təngənəfəslik, yuxusuzluq, öskürək tutur ki, bu da immuniteti zəiflədə bilir. Bekarçılıq da onlara zərərlidir.

Xərçəng

Ayın idarə etdiyi Xərçənglər təbiətcə zəif immunitetə sahibdirlər. Erkən yaşlardan düzgün qidalansalar, mədə-bağırsaq allergiyası və autoimmun yoluxmalara qalib gələ bilərlər. Tibbə güvənməyib özlərini müalicə cəhdləri çox vaxt uğursuzdur.

Şir

Günəşin himayəsində olan Şirin əla immuniteti var. Həmişəki aktivliyi qorusalar, immun sistemləri qüsursuz olaraq qalacaq.

Qız

Merkurinin qoruduğu Qızların immunitetini yeganə saxlayan şey elə onların ehtiyatıdır. Bu bürc öz zəif nöqtələrini (mədə-bağırsaq, bel) bildiyi üçün problemi önləmək olur. Lakin istirahətsiz işləmək immun sistemini təhlükəyə atır.

Tərəzi

Bu bürcün sağlamlığı Veneradan asılıdır. Ən güclü immun sisteminə malik bürclərdəndir.

Əqrəb

Ölüm və yenidən yaranış planeti olan Pluton Əqrəblərə güclü immunitet bağışlayıb. Lakin Əqrəb bu hədiyyəni dəfn etməyə çalışır. Ekstrim və konflikt axtarmaqları sağlamlığa vaxt ayırmağa qoymur. Ona görə də immun sistemləri zəifləyir.

Oxatan

Uğur və həyat sevgisi planeti olan Yupiter Oxatanlara yaxşı immun sistemi verib. Onlar immuniteti aktiv həyat və xoş ovqatla qoruyurlar. Yeni təəssüratlar aləmini dövr edən Oxatana sağlamlıq, ən əsası da qaraciyəri unutmaq olmaz. Özlərinə laqeydlik piylənmə, şəkərli diabet və ürək problemləri ilə yekunlaşır.

Oğlaq

Saturnun mühafizə etdiyi Oğlaqlar inadkarlığından əziyyət çəkir. Çünki bu xasiyyət orqanizmə də təsirsiz ötüşmür. Oynaq, onurğa, boyun problemləri, baş ağrılarından əziyyət çəkirlər.

Dolça

Uranın qoruduğu Dolçaların orqanizmi gərgin əsəbə görə əziyyət çəkir. Ən çox ürəklərinə ziyan edirlər.

Balıqlar

Neptunun himayəsindəki Balıqlar bəzən reallıqla barışmaq istəmədiyi üçün çətin müalicə olunan, hətta sağalmaz xəstəliklərlə üzləşə bilirlər. Buna imkan verməmək üçün gerçəyi qəbul etməlidirlər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*