Ərdoğan Consonla Dağlıq Qarabağdakı durumdan danışdıbackend

Ərdoğan Consonla Dağlıq Qarabağdakı durumdan danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş Naziri Boris Consonla telefon danışığı aparıb.

KONKRET.az Anadolu agentliyinə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin məlumatında deyilir.

Türkiyə ilə Böyük Britaniya arasında münasibətlərin inkişaf etdirilməsi, həmçinin regional problematika, ilk növbədə, Şərqi Aralıq dənizi regionunda vəziyyət və Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranmış gərginlik məsələləri müzakirə olunub.

Ermənistanın Azərbaycana hücumu nəticəsində başlanmış toqquşmaları şərh edən Prezident Ərdoğan vurğulayıb ki, regionda sülh və sabitliyin bərqərar edilməsi üçün Ermənistan Dağlıq Qarabağda və onun ətrafında işğal etdiyi ərazilərdən çıxmalıdır.

Türkiyənin dövlət başçısı onu da qeyd edib ki, Türkiyə və Böyük Britaniya qarşılıqlı olaraq Londonun Şərqi Aralıq dənizi məsələsində tarazlı və qərəzsiz mövqe tutmasında, dialoq və əməkdaşlığı dəstəkləməsində maraqlıdır.

Tərəflər ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların həcmini 20 milyard dollara çatdırmaq niyyətlərini təsdiq ediblər.

Liderlər iki ölkə arasında müdafiə sahəsində mövcud olan nəhəng əməkdaşlıq potensialını dərinləşdirmək və gücləndirmək barədə razılığa gəliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*