Ərdoğan İŞİD-çilərin sayını açıqladı – RƏQƏMLƏRbackend

Ərdoğan İŞİD-çilərin sayını açıqladı - RƏQƏMLƏR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə həbsxanalarında saxlanılan İŞİD terror təşkilatının üzvlərinin sayını açıqlayıb.

KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyə Prezidenti Macarıstana səfərindən öncə keçirdiyi mətbuat konfransında bildirib ki, ölkə həbsxanalarında 1149 nəfər İŞİD-çi var.

“İndiyə kimi Türkiyəyə girişi qadağan edilən İŞİD-çilərin sayı 76 min nəfərdir. 7550 İŞİD üzvü isə Türkiyədən deportasiya edilib”, – deyə Türkiyə Prezidenti qeyd edib.

Bir cavab yazın