Ərdoğan İsrailə səfər edəcəyini bildirdibackend

Ərdoğan İsrailə səfər edəcəyini bildirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfər etməyi planlaşdırdığını deyib.

KONKRET.az xəbər verir ki, o, bu barədə “Jewish Telegraphic Agency”nin müxbirinə bildirib.

Ərdoğan həmçinin Amerika yəhudi təşkilatlarının liderləri ilə görüşdə antisemitizmin “insanlığa qarşı cinayət” olduğunu deyib.

Türkiyə lideri nə vaxt səfər edəcəyini açıqlamayıb.

Qeyd edək ki, Türkiyə və İsrail arasındakı 2010-cu ildən soyuqlaşan münasibətlər son dövrlər isinməyə başlayıb. İsrail artıq İrit Lilianı Türkiyədə səfir təyin edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*