Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Baş katibi Yens Stoltenberqə Avropa-Atlantik təhlükəsizlik və müdafiə mövzularında obyektiv dəyərləndirməsinə görə təşəkkür edib.
KONKRET.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ərdoğan “Tvitter” hesabında qeyd edib.
O bildirib ki, Türkiyə NATO müttəfiqi olaraq bütün məsuliyyətini yerinə yetirməyə və qlobal sülh və təhlükəsizliyə xidmət etməyə davam edəcək.