Ərdoğan Süleymaniyə şəhid deyib?backend

Ərdoğan Süleymaniyə şəhid deyib? 

Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ tərəfindən öldürülən iranlı general Qasım Süleymaniyə “şəhid” deyib-deməməsi Türkiyənin sosial media gündəmi olub.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, mübahisə İranın Ankaradakı səfirliyinin paylaşdığı xəbərdən doğub.

Səfirliyin açıqlamasında “Türkiyə Prezidenti Ərdoğan İran Prezidenti Həsən Ruhani ilə telefon danışığında “Şəhid Süleymani”nin yoxluğuna dərindən kədərləndiyini deyib. Bildirib ki, İran xalqı, prezident və dini liderin qəzəbini görür” sözlərinə yer verilib. Məhz buradakı şəhid sözü və onun dırnaq içində verilməsi müzakirəyə səbəb olub.

Lakin TRT-nin ingiliscə yayım edən “TRT WORLD”un rəsmi tvitter hesabından paylaşılan açıqlamada bu iddia təkzib edilib. Bildirilib ki, Ərdoğan Süleymaniyə şəhid deməyib.

Qeyd edək ki, Türkiyənin Süleymanin ölümü ilə bağlı rəsmi mövqeyi Ərdoğanın sui-qəsddən sonra iranlı həmkarı Həsən Ruhaniyə zəng edərək başsağlığı verməsilə yekunlaşıb. Bunu Türkiyə Xarici İşlər Nazirliyi Tvitter səhifəsində rəsmi açıqlama ilə yayıb. Açıqlamada başqa bilgiyə yer verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*