Ərdoğandan ABŞ-a mesaj: Gərginliklər aradan qalxır?backend

Ərdoğandan ABŞ-a mesaj: Gərginliklər aradan qalxır?

ABŞ-ın yeni rəhbərliyi ilə əməkdaşlığımızı daha da gücləndirmək istəyirik.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Nə Türkiyədə, nə də regionda İŞİD-dən PKK-ya, FETÖ-dan YPG-yə qədər əli qanlı qatillərə yer var. Türkiyə olaraq, ABŞ-la ortaq maraqlarımızın fikir ayrılıqlarımızdan daha çox olduğuna inanırıq. Bu anlayışla uzun müddətli perspektiv əsasında ABŞ-ın yeni rəhbərliyi ilə əməkdaşlığımızı daha da gücləndirmək istəyirik. Türkiyə iki ölkə arasındakı tərəfdaşlıq və stratejik ortaqlıq münasibətlərinə uyğun olaraq üzərinə düşəni edəcək”, – Ərdoğan bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*