Ərdoğandan Azərbaycanla bağlı TAPŞIRIQbackend

Ərdoğandan Azərbaycanla bağlı TAPŞIRIQ

“Cənab Prezidentimizin tapşırığı ilə Qarabağ Zəfəri ilə yanaşı Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında Türkiyə və Azərbaycan birgə serial və film layihələri həyata keçirəcək”.

KONKRET.az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

O bildirib ki, bu cür layihələrin həm milli, həm də dünya miqyasında mətbuat və rəqəmsal platformalarda yer alması təmin ediləcək:

“Həmin layihələrdə tarix və ideallarımızın birliyini ən güclü şəkildə vurğulayacağıq. Serial və film sektorlarımızın birlikdə işləməsi və təcrübələrini paylaşması çox önəmlidir”.

F.Altun vurğulayıb ki, iki ölkənin tarixi olayları ilə yanaşı, ortaq dəyərlərini gündəmə gətirən birgə sərgi, simpozium keçirilə, nəşrlər hazırlana bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*