Ərdoğandan Ermənistandakı hadisələrə REAKSİYAbackend

Ərdoğandan Ermənistandakı hadisələrə REAKSİYA

“Ermənistanda hərbçilərin çevrilişə cəhd etməsi qəbuledilməzdir. Biz hər cür çevrilişə qarşıyıq”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Xüsusilə hərbi çevrilişləri qəbul etməyimiz mümkün deyil. Bir idarəçilik dəyişikliyinə gediləcəksə, bunu Ermənistan xalqı etməlidir”,- Türkiyə prezidenti bildirib.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı 25 fevralda bir bəyanat yayımlayaraq Baş nazir Nikol Paşinyanın istefasını tələb etmişdi. Bundan sonra isə Paşinyan Baş qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi ilə bağlı Prezident Armen Sarkisyana vəsatət göndərmişdi.

Prezident hələ ki, Baş nazirin təqdim etdiyi sənədi imzalamayıb.

Ermənistan müxalifəti isə öz növbəsində, parlament binası yaxınlığında çadırlar quraraq müddətsiz etiraz aksiyalarının başladığını elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*