Ərdoğanın müavini koronavirusa yoluxdubackend

Ərdoğanın müavini koronavirusa yoluxdu

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Mehmet Özhaseki koronavirusa yoluxub.

KONKRET.az xəbər verir ki, o, bu barədə özünün tvitter hesabında yazıb.

“COVİD-19 testimin nəticəsi pozitiv çıxdı. Həmd olsun, hazırda vəziyyətim yaxşıdır və həkimlərin tövsiyəsi ilə müalicəm evdə davam edir. Xeyir-dualarınızı əskik etməyin. Təmasda olduğum dostlarımın diqqətli olmasını xüsusən rica edirəm”, – deyə siyasətçi bildirib.

Qeyd edək ki, AKP-nin sədri Rəcəb Tayyib Ərdoğandır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*