Ərdoğanla İmran Xan arasında telefon zəngibackend

Ərdoğanla İmran Xan arasında telefon zəngi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistan Baş naziri İmran Xan arasında telefon danışığı baş tutub.

KONKRET.az xəbər verir ki, İmran Xan İzmirdə baş verən zəlzələ nəticəsində həyatını itirən şəxslərlə əlaqədar Türkiyə prezidentinə başsağlığı verib.

O, Pakistanın Türkiyənin yanında olduğu mesajını çatdırıb.

Ərdoğan öz növbəsində ötən həftə Pişəvərdə baş verən terror hücumuna görə bir daha başsağlığı verdiyini söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*