Erməni əsgərin valideyni oğluna verilən medaldan imtina etdi – SƏBƏBbackend

Erməni əsgərin valideyni oğluna verilən medaldan imtina etdi - SƏBƏB

İkinci Qarabağ müharibəsində ölən 20 yaşlı erməni əsgər Edqar Doluxanyanın valideynləri oğullarına verilən medalı qəbul etməyiblər.

KONKRET.az xəbər verir ki, bu barədə ölən hərbçinin anası Svetlana Doluxanyan feysbuk hesabında yazıb.

Onlar medala və onun təqdim olunma qaydasına etiraz ediblər.

Valideynlər qeyd ediblər ki, oğullarına verilən medal onlara Edqarın əsgər yoldaşı tərəfindən çatdırılıb.

S.Doluxanyan, həmçinin oğlunun hərbi rütbəsinin sıravi əsgər deyil, çavuş kimi qeyd olunmasını və medalın daha təmtəraqlı təqdim edilməsini tələb edib.

“Əks təqdirdə bizə medal lazım deyil”,- deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*