“Erməni hərbçilərin Paşinyanı devirmək şansı azdır” – Korotçenkobackend

“Erməni hərbçilərin Paşinyanı devirmək şansı azdır” - Korotçenko

Rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko erməni hərbçilərinin Baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq şanslarının aşağı olduğunu hesab edir.

KONKRET.az-ın məlumatına görə, rusiyalı ekspert “Telegram” kanalında “Çevriliş generalları dəstək üçün İrəvan küçələrinə tank gətirməsələr, Paşinyanı devirmək şansları xeyli azalır” yazıb.

O qeyd edib ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti Aram Qabrelyanovun sifarişi ilə xarici və Ermənistan vətəndaşları tərəfindən “Telegram” məkanında həyata keçirilən dövlət çevrilişi çağırışlarını sənədləşdirir.

Korotçenko bunun ardından prosessual qərarların veriləcəyini də vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*