Erməni mediasında yenə “VAY-ŞÜVƏN”DİR: “Şuşanın “işğal”ı onun statusunu dəyişmir”backend

Erməni mediasında yenə "VAY-ŞÜVƏN"DİR: "Şuşanın "işğal"ı onun statusunu dəyişmir"

Erməni mediasında yenə “vay-şüvən”dir.

KONKRET.az xəbər verir ki, bunu erməni seqmentinin özünə əl qatmasından görmək olur.

Azərbaycanın Zəfər bayramını təbrik edənləri söymək, təhqir dolu şərhlər, boş təhdidlərdən başqa əlindən heç zad gəlməyən murdar, paxıl “qonşu”larımız bu gün min dəfə “ölüb-diriliblər”.

Hələ Qarabağdakı qondarma qurumun  “ombudsman”ı Qeqam Stepanyan görün nə deyib:

“2020-ci ilin payızında Qarabağ xalqına qarşı başlayan müharibə nəticəsində Azərbaycan “Arsax”ın 200-ə yaxın yaşayış məntəqəsini, o cümlədən “erməni mədəniyyətinin mərkəzi” olan Şuşa şəhərini “işğal edib”.

Azərbaycan Şuşanın “ələ keçirilməsi”, onun “erməni kimliyinin” təhrif edilməsi və azərbaycanlılara təqdim edilməsi istiqamətində daim çalışıb. İstər 1900-cü illərin əvvəllərində, istərsə də 2020-ci ildə şəhərin “mənimsənilməsi” zamanı Türkiyə-Azərbaycan tandeminin əsas aləti etnik təmizləmə və “soyqırım” olub.

Şuşanın mədəni irsi şəhərin “erməni kimliyi”nin unikal və orijinal sübutudur.  Azərbaycan şəhərin mülki infrastrukturunu, şəxsi və çoxmənzilli binalarını mütəmadi olaraq məhv edir.

İşğal edilmiş və ermənilərdən təmizlənmiş bugünkü Şuşa çoxəsrlik və dəyişməz Türkiyə-Azərbaycan Qarabağın etnik təmizləmə siyasətinin əsl nümunəsidir. Müxtəlif vaxtlarda Şuşaya beynəlxalq nümayəndə heyətləri gətirən Azərbaycan öz “təcavüz”ünü qanuniləşdirməyə çalışır. Şuşaya gələnlərin hamısı insanların deportasiyasına şərik olur, şəhərin işğalını qanuniləşdirir.

Şuşanın indiki “işğal”ı onun statusunu dəyişmir. O, “Arsax”ın ayrılmaz hissəsi olub və olacaq”, – deyə Qeqam çərənləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*