“Paşinyan sülh sazişi üzərində işi sürətləndirməyi tapşırdı”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni nəşri “Past” məlumat yayıb. Qəzetin yazdığına görə, Brüssel üçtərəfli görüşündən sonra Nikol Paşinyan İrəvanda dar çərçivədə görüş keçirib. O, əldə olunan razılaşmaları və müzakirə olunan məsələləri ətraflı təqdim edib.
Qəzetin Xarici İşlər Nazirliyindəki mənbəsinin sözlərinə görə, Paşinyan sülh sazişinin mətn hissəsi üzərində işi sürətləndirməyi tapşırıb. Bu sazişin ilkin variantı noyabrın ortalarına qədər hazır olmalıdır.
Nəşrin məlumatına görə, artıq bir aydan çoxdur ki, XİN-də xüsusi qrup fəaliyyət göstərir və bu, bütün diqqəti bu sənəd üzərində cəmləyib.
Xuraman Etibarlı,
KONKRET.az
