İkinci Qarabağ müharibəsi zamanı itkin düşən erməni hərbçilərin və muzdluların qohumları və valideynləri hökumət binasının qarşısında piket keçirib.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, etirazçılar Nikol Paşinyanla fərdi görüş tələb edirlər.
“Uşağımın cəsədinin yarısı tapılıb, mən dəfn etdim. Digər yarısını da tapmalıyıq. Hələ dəqiqləşdiriləcək suallar var. Tələbimiz budur ki, bizi incitməsinlər, özümüzdən çıxarmasınlar, yoxsa hər şey edə bilərik. Təhlükənin haradan gəldiyini və harada olmadığını yaxşı bilirlər. Valideynlərin Paşinyanla görüşüb övladlarının geri qaytarılması məsələsinin hansı mərhələdə olduğunu öyrənmək üçün görüşə ehtiyacımız var”, – deyə Roman adlı etirazçı bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
