Ermənilər İrəvan metrosunda rus dilində olan lövhələri SÖKÜRLƏRbackend

Ermənilər İrəvan metrosunda rus dilində olan lövhələri SÖKÜRLƏR

Ermənistanda İrəvan metrosunda rus dilində lövhələr götürülür, yalnız erməni və ingilis dillərində olanlar saxlanılır.

KONKRET.az “Novosti Armenia”ya istinadən xəbər verir ki, paytaxt metrosunda “Marşal Baqramyan”, “Respublika Meydanı”, “Zoravar Andranik” və “Şenqavit” stansiyalarında rus dilində işarələr artıq yığışdırılıb.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin indiyə qədər İrəvan metrosundakı rusdilli lövhələrin yığışdırılması ilə bağlı şərh verməkdən imtina edib. Onun sözlərinə görə, bu problemi ətraflı öyrənmək üçün vaxt lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*