Ermənilər İrəvanı denasifikasiya ilə hədələyən rus təbliğatçılarına KÜFR YAĞDIRDILARbackend

Ermənilər İrəvanı denasifikasiya ilə hədələyən rus təbliğatçılarına KÜFR YAĞDIRDILAR

Rus təbliğatçılar İrəvanı denasifikasiya ilə hədələyərək onu ağıllandırmağa çalışırlar.

KONKRET.az-ın xəbər verdiyi kimi, Moskva ilə İrəvan arasında “informasiya davası” getdikcə qızışır. Televiziya efirindən Marqarita Simonyanın tezislərini səsləndirən məşhur rus təbliğatçısı Sergey Karnauxovun qəfildən “yadına düşüb” ki, bəs İrəvanda nasist Qaregin Njdenin abidəsi ucaldılıb.

Bu, Karnauxovun qəzəbinə səbəb olub. Erməni dostları onu inandırmağa çalışıblar ki, Njde “yaxşı faşist” olub, ümumiyyətlə, “sən heç nə başa düşmürsən”.

Karnauxov isə Njde ilə Stepan Bandera arasında paralellər aparıb, Njde haqqında “materiallar” dərc edəcəyini vəd edib və Ermənistana xəbərdarlıqlar edib:

“Nasistlərin davamçılarına xoş səyahət arzulaya bilərəm. Ukrayna artıq ona qoşulub”.

Ermənilər də boş-bekar dayanmayıb, həmişə onları “sevən” Karnauxova cavab veriblər. Öz bədnam xüsusiyyətlərinə məxsus küfrlərini yağdırıblar.

Onlardan birini təqdim edirik:

“Sergey Sergeyeviç, siz hələ erməni “qəhrəmanı” Njdeyə görə Ermənistanın denasifikasiyasını elan etmək istəyirsiniz. Hamınız Ermənistanı ələ keçirib Rusiyanın tərkibinə daxil olmağa məcbur etmək üçün səbəb axtarırsınız.

Daha bilmirsiniz erməni xalqına xəyanətinizə necə haqq qazandırasınız. Siz artıq bütün qonşularınızı itirmisiniz və Ermənistanı belə sürətlə itirəcəksiniz.

Onsuz da dünyanın 70%-i sizin siyasətinizə görə ruslara nifrət edir. İndi Ermənistanın da sizə nifrət etməsini istəyirsiniz?

Axı sizin bütün bəyanatlarınız və hərəkətləriniz mahiyyət etibarı ilə anti-erməni xarakter daşıyır. Sanki Ermənistana artıq ehtiyacınız yoxdur və onu 100 il əvvəl etdiyiniz kimi sındırırsınız.

Məgər görmürsünüz ki, təkcə siz və sizin əməlləriniz ermənilərdə anti-Rusiya əhval-ruhiyyəsi yaradır? İndi Njdedə nəsə axtarırsınız? Erməniləri incitmək üçün edirsiniz? Yəni bütün bunları qəsdən edirsiniz? Yoxsa bu Azərbaycandan gələn sifarişdir? Ermənilər arasında anti-Rusiya əhval-ruhiyyəsini artırırsınız ki, Rusiya Ermənistanı Türkiyə və Azərbaycana birləşdirsin?

Karnauxov mahiyyət etibarı ilə tamaşaçıları arasında ermənifobiya qaldırır. Onun yazdığını kim oxuyursa, hamısı ermənilərə nifrət edir!

Ermənilərin “dostuna” təşəkkür edirəm! Sən ermənilərin dostu deyilsən, türkpərəst hökumətin kimi azərilərin, türklərin dostusan!”, – deyə ermənilər nifrət yağdırıblar.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*