“Ermənilər “İskəndər-M” raketini hərbi anbardan oğurlayıblar” – Rusiyadan MÜNASİBƏTbackend

"Ermənilər "İskəndər-M" raketini hərbi anbardan oğurlayıblar" - Rusiyadan MÜNASİBƏT

İkinci Qarabağ müharibəsi dövründə Ermənistan ordusunun “İskəndər-M” raketindən istifadə etməsi ilə bağlı araşdırmalara davam etdirilir.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın “pravda.ru” nəşri yazır.

Müəllif Aleksandr Artamonovun sözlərinə görə, raketin istifadəsi faktı ilə bağlı aparılmış ilkin araşdırmalar nəticəsində müəyyən olunub ki, ixrac üçün qadağan edilən “İskəndər-M” raketi Rusiyanın hərbi anbarlarının birindən oğurlanaraq gizli yollarla Ermənistana gətirilib.

Qeyd olunur ki, Rusiyada Yerevanın güclü hərbi lobbisinin maraqlarına xidmət edən gizli cinayətkar şəbəkə fəaliyyət göstərib və bu şəbəkədən çox böyük ehtimalla baş nazir Nikol Paşinyanın xəbəri olub.

Müəllif vurğulayır ki, müharibənin son günlərində Ermənistan tərəfinin “İskəndər-M” raketindən istifadəsi yalnız bir məqsəd güdürdü: Onlar hər cəhdlə Rusiyanı münaqişəyə cəlb etməyə çalışırdılar.

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*