Ermənilər Rusiya, ABŞ və Fransa səfirlikləri qarşısında Hadrutun qaytarılmasını tələb etdi…-FOTObackend

Ermənilər Rusiya, ABŞ və Fransa səfirlikləri qarşısında Hadrutun qaytarılmasını tələb etdi...- FOTO

“Hadrut uğrunda” ictimai təşkilatı bu gün İrəvanda mitinq keçirib.

KONKRET.az xəbər verir ki, işğalçı Ermənistanın nəşrlərinin yaydığı məlumata görə, əsasən 44 günlük savaş zamanı – cəmi 5 ay öncə Hadrutdan köçmüş ermənilərdən ibarət aksiyaçılar ATƏT-in Minsk Qrupunun üzvü olan Rusiya, ABŞ və Fransa səfirliklərinin qarşısına toplaşıblar. Onlar Azərbaycan ordusunun guya “onlara qarşı törətdikləri vəhşilik”lərdən danışaraq Hadrut rayon mərkəzi və ətraf kəndlərin qaytarılmasını tələb ediblər.

P.S. İrəvanın Ermənistana bağışlanmasından 102 il ötür… Biz bu qədim şəhərimizin qaytarılması tələbi ilə bir aksiya keçirmişikmi?..

moderator.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*