Ermənilər Xankəndidə atəş nöqtəsi qurub – FOTOFAKTbackend

Ermənilər Xankəndidə atəş nöqtəsi qurub - FOTOFAKT

Ermənilərin mülki yaşaytış məntəqələrində atəş nöqtələri yaratması ilə bağlı növbəti fakt üzə çıxıb.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan ərazisinə qabaqcadan təxribata hazırlaşan Yerevan rəhbərliyi hələ avqust ayında Xankəndi şəhərində, yaşayış binalarının arasında “Kruq” zenit-raket kompleksi yerləşdirib.

NATO tərəfindən “SA-4 Ganef” adı alan kompleks 3 kilometrə qədər yüksəklikdə, 9-10 kilometrə qədər uzaqlıqda hədəfi vura bilir. Kompleksin döyüşlərdən 1 ay öncə Xankəndiyə yerləşdirilməsi düşmən tərəfinin qabaqcadan hərbi təxribata hazırlaşmasından xəbər verir.

Paralel olaraq, yaşayış məntəqəsini atəş nöqtəsinə çevirməklə Ermənistan növbəti dəfə beynəlxalq hüquq normalarını pozmuş olur. modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*