Ermənistan baş naziri Nikol Paşinyan Sevan gölü yaxınlığındakı dağa gəzintiyə çıxıb.
KONKRET.az Virtualaz.org-a istinadən xəbər verir ki, “Sputnik Ermənistan” saytında Paşinyanla yanaşı bir qrup yerli turistin, həmçinin ekologiya naziri Erik Qriqoryanın da dağa qalxdığı qeyd olunub.
Paşinyanın sözlərinə görə, o, bu yüksəlişi bölgədəki sülhə və sabitliyə həsr edib. Baş nazir qeyd edib ki, Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşüb və İraqdakı hadisələrlə əlaqədar İran hökumətinə və xalqına başsağlığı verib.
Paşinyan əlavə edib ki, İran və ABŞ Ermənistan üçün dost ölkələrdir, Ermənistan anti-İran və Amerika əleyhinə hərəkətlərdə iştirak edə bilməz: “İran və ABŞ-dakı tərəfdaşlarımızı gərgin olan vəziyyəti pisləşdirəcək addımlardan çəkinməyə çağırırıq”.
