Ermənilərin kabusuna çevrilən “qarapaltarlılar” – FOTObackend

Ermənilərin kabusuna çevrilən “qarapaltarlılar” – FOTO

Ermənistan mediasında ən çox vurğulanan və “əsas ittiham fakt”larından biri də Azərbaycan Ordusundakı “qarapaltarlılar”dır.

KONKRET.az xəbər verir ki, hətta Ermənistan baş naziri Nikol Paşinyan da xarici mediaya açıqlamasında Azərbaycan Ordusunda “qarapaltarlılar” olduğunu və onların “məzdlular olması ehtimalını” iddia etmişdi.

Hadrut və Suqovuşanda “peyda olan” “200 nəfərlik qarapaltarlı”dan erməni mediası dəhşətli qorxu ilə bəhs edir.

Bəs Ordumuzdakı “qarapaltarlılar” kimdir?

Qeyd edək ki, müxtəlif ölkələrin ordusunda xüsusi təyinatlıların qara paltardan istifadə etməsi ənənəsi var. Azərbaycan Ordusunun xüsusi təyinatlıları içərisində də qara formadan istifadə edilir. Yeri gəlmişkən,  DİN xüsusi təyinatlıları da əsasən qara formalıdır.

Azərbaycan Ordusunun qara formalı xüsusi təyinatlılarının təlim video və fotoları isə internetdə nümayiş etdirilsə də, düşmən bunu görməzdən gəlir. Görünən olur ki, “qarapaltarlı” xüsusi təyinatlılarımız düşməni vahiməyə salan əməliyyatların aktiv əsas iştirakçılarıdır.

Erməni əsgərlərinin kabusuna çevrilən qara formalı xüsusi təyinatlılarımızın təlim fotolarından bir neçəsini təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*