
ehtiyatda olan polkovnik
Atalar deyib ki, “Qonşun pisdir köç qurtar”. Bunu fərd olaraq qəbul etmişik, qəbullanmışıq. Toplum olaraq isə həmişə demişik ki, “Erməniyə dayı de, işin düzələnə qədər”. Hə, bir də onu demişik ki, “İtnən yoldaşlıq et, amma çomağını yerə qoyma”. Bax, bunları etməmişik. Ona görə də zaman –zaman “başımız ağrıyıb”. Erməni nədi ey, heç rusa, ingilisə də dayı deməmişik. Və bu qürurumuzdan bu gün də əl çəkə bilmirik. Bilmirəm, bu inadımızda nə qədər haqlıyıq? Bildiyimsə odur ki, 300 ildir dünyanı barmağında fırladan ingilislərin bir sözü var, “Siyasətdə daimi dostlar olmur, daimi maraqlar olur”. Təəssüf ki, bizlər toplum olaraq buna da əməl etməmişik. Hər zaman demişik ki, “Türkün türkdən başqa dostu yoxdur”. Amma unutmuşuq ki, dörd tərəfimiz qeyri-türklərlə əhatə olunub. Və dediklərimiz bu qeyri-türk qonşularımız tərəfindən hər zaman qısqanclıqla qarşılanıb. Çox zaman da bu əleyhimizə işləyən faktora çevrilib.
Əlqərəz, 44 günlük müharibədə qan tökdük, can aldıq, ad çıxartdıq. Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. 30 illik xəcalətin ağır yükünü üstümüzdən atdıq. Amma sonra dönüb baxdıq ki, bu şərəfsiz və 99 sifəti olan ermənilərlə birgə və yaxud qonşu kimi yaşamaq məcburiyyətindəyik. Başqa yol yoxdur. Amma bəzi soydaşlarımız nə yazıq ki, ermənilərlə nəinki qonşu, heç birgə yaşamağı da qəbul etmir. Bilən də, bilməyən də deyir ki, Qarabağdan sonuncu erməniyə qədər çıxarılmalıdır. Lakin bir şeyi unuduruq ki, Qarabağsız belə Azərbaycanda 30 mindən çox erməni yaşayır. Və bu ermənilərin çoxunu da əksəriyyətimiz yaxından tanıyırıq.
Gündə ünsiyyətdə oluruq. Düzdü, artıq Haykanuşu Heyran, Emanı Elmira, Marqonu Maral, Samveli Səməd, Arayiki Aslan adıyla çağırırıq. Amma nə fərqi var. Xalq adıyla deyil, geni ilə tanınır. Ona görə də mənim üçün Bakıda yaşayan Haykanuşla Xankəndidə yaşayan Haykanuş arasında heç bir fərq yoxdur. Erməni ermənidir. İstənilən zaman ondan təhlükə gözləyə bilərsən. Amma neyləyək ki, yüz illər boyu onlarla qaynayıb qarışmışıq.
Ortaq tarix yazmışıq. Və erməniləri bizimlə birləşdirən çox şey var. Məsələn, mətbəximiz… İstər gürcü, istər türk, istər fars, istərsə də rus mətbəxi ilə bizim mətbəx arasında yerlə göy qədər fərq var. Amma bu şərəfsiz ermənilərlə mətbəximiz yüzdə-yüz eynidir. Onlar da bizim kimi mətbəxdə tünd ədviyyatlardan az istifadə edir, yağlı yeməklərə üstünlük verirlər. Ət bizim mətbəximizdə olduğu kimi onlarda da desert kimi yox, gündəlik ən zəruri ərzaq kimi qəbul edilib. Milli adətlərimizdə də bənzərlik çoxdur. Toylarımız, rəqslərimiz, musiqimiz və ən nəhayət, süfrə açmaq keyfiyyətlərimiz tamamilə eynidir. Bu yerdə ola bilsin ki, hansısa vətənpərvər soydaşımız mənə etiraz etsiin, desin ki, “Ermənilər çox şeyi bizdən oğurlayıb”. Razıyam. Amma hər şeyi yox də…
Mənim qənaətimcə, bu oxşarlığın və eyniliyin tək səbəbi əsrlər boyu birgə yaşamağımız hesabına olub. Nəyə görəsə bütün zamanlarda erməniləri daha çox yaxın buraxmışıq. Məsələn, Azərbaycanın əksər bölgəsində fars və gürcü ailəsinə çox nadir hallarda rast gəlinir. Amma Azərbaycanın istənilən bölgəsində erməni ailəsinə rast gəlinib. Bu da ondan irəli gəlir ki, ermənilərdə oxşar cəhətlərimiz çoxdur. Hələ onu demirəm ki, vaxtilə rus, gürcü və fars qızı ilə evlənməyə pis baxırdıq. Lakin əksər ailələrdə erməni qızı gəlinlik edirdi.
Bu zaman heç dini-ayrıseçkiliyi və tarixi düşmənçiliyi də yada salmırdıq.
Və burda yadıma düşür ki, son 130 ilə qədər tarixdə erməni-türk münasibətlərində heç bir düşmənçiliyə rast gəlinmir. Məsələn, Osmanlı İmperiyası dövründə ermənilər çox yüksək üstünlüklərə sahib olublar. Hətta Osmanlı dövründə iki baş nazir və onlarla komandan milliyətcə erməni olub. Ta ki Birinci Dünya Müharibəsinə qədər. Məhz bu dövrlərdə həm Türkiyədə, həm də Azərbaycanda ermənlərlə münaqişələr alovlandı. Və ilk dəfə 1905-1907-ci illərdə azərbaycanlılarla ermənilər arasında ilk mili münaqişələr qeydə alındı. Və o zaman, atalarımız dedi ki, “Atan kazaklardır”. Yəni erməniləri istər Cənubi Qafqazda, istərsə də Türkiyədə eyni zamanda hərəkətə gətirildi. Çünki ermənilər hər zaman böyük dövlətlərin maşası olub. Türkiyədə ingilislər, Cənubi Qafqazda isə ruslar hər zaman erməniləri türklərin üzərinə qısqırdıb. Korazehin ermənilərsə onların beyninə yeridilən “Böyük Ermənistan” ideyası ilə 120 ildir ki, türklərlə mübarizə aparır. Nəticə isə sıfırdır. Məsələn, erməni ideoloqları açıq şəkildə etiraf edirlər ki, son 30 illik mübarizə 10 noyabrda səmərəsiz qaldı və hər şey 1988-ci ildəki nöqtəyə qayıtdı.
Deməyim odur ki, biz ermənilərlə yüz illər boyu birgə yaşamışıq. Və bu gün tarixin təkərini geri döndərməyə heç kimin gücü çatmaz.
Hələ onu demirəm ki, Azərbaycan dünyada tolerantlıq nümunəsidir. 10 milyonluq xalqın tərkibində 30-dan artıq millətin və etnik xalqların nümayəndəsi yaşayır. Bu gün keçmiş SSRİ məkanında ən çox rus dilli məktəb olan iki dövlətdən biri Azərbaycandır. Bu gün Azərbaycanda emrənilər istisna olmaqla heç bir dini, irqi və milli ayrı-seçkilik aparan xalq yoxdur. Çünki Azərbaycanda regionçuluq olub, amma milli ayrı-seçkilik olmayıb. Bu gün parlamentimizdəki deputatların tərkibinə baxsaq, 10-dan artıq xalqın nümayəndəsinin təmsil olunduğuna şahid olarıq. Bu yerdə bir faktı xatırladım. Vaxtilə Özbəkistanda baş verən toqquşmalar zamanı məshəti türkləri tərəddüd etmədən üz tutduqları tək ünvan Azərbaycan oldu. Baxmayaraq ki, Özbəkistan özü də türk dövləti idi. Və 3 türk dövləti ilə əhatə olunub. Amma Məhsəti türkləri heç yerə yox, Azərbaycana üz tutdular. Və 30 ildir ki, Məhsəti türkləri azərbaycanlılarla eyni hüquqlara malik, eyni qanunlar çərçivəsində çox gözəl keçinib gedirlər. Deməyim odur ki, Azərbaycan çox millətli dövlətdir. Burda hamıya yer var. Ağılı olsa erməniyə də…
