“Ermənistan Ağdamı öz ərazisi hesab edirdisə, niyə darmadağın edirdi?” – Vito Petroçellibackend

“Ermənistan Ağdamı öz ərazisi hesab edirdisə, niyə darmadağın edirdi?” - Vito Petroçelli

İtaliya Senatının xarici əlaqələr daimi komissiyasının sədri Vito Petroçelli bu gün Ağdama səfər edib.

KONKRET.az-ın məlumatına görə, bu barədə V. Petroçelli “Twitter” hesabından paylaşım edib.

“Mən Ağdamın qalıqlarını ziyarət etdim. Sual verirəm: Əgər Ermənistan buranı öz ərazisinin bir hissəsi hesab edirdisə, onda nəyə görə buranı darmadağın edirdi?”, – deyə o yazıb.

Qeyd edək ki, Vito Petroçellinin rəhbərlik etdiyi İtaliya nümayəndə heyəti dünən Gəncə şəhərinə də səfər edib, Vətən müharibəsi zamanı Ermənistanın raket zərbələri endirdiyi yerlərə baş çəkib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*