“Ermənistan artıq çarəsizlikdən qadınların gücündən istifadə etməyə başlayıb” – AÇIQLAMAbackend

“Ermənistan artıq çarəsizlikdən qadınların gücündən istifadə etməyə başlayıb” - AÇIQLAMA

“Bu gün Azərbaycan ordusu keçirdiyi əks-hücum əməliyyatı ilə düşməni və onların havadarlarını qorxuya salıb”.

Bunu KONKRET.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, ordumuz qısa müddətdə keçirdiyi əks-hücum əməliyyatı böyük naliyyətlər əldə edib: “Artıq starteji cəhətdən əhəmiyyət kəsb edən mühüm yüksəkliklər və 7 kəndimiz işğaldan azad olunub.

Qorxuya düşən düşmən əsgərləri silah-sursatlarını və ağır hərbi texnikalarını döyüş meydanında qoyub qaçırlar. Döyüşməyə kişi tapmayan Ermənistan artıq çarəsizlikdən qadınların gücündən istifadə etməyə başlayıb. Nikol Paşinyan qadınları ön cəbhəyə göndərməklə ermənilərin necə qorxaq və iradəsiz olduğunu bir daha dünyaya sübut etdi. Vaxtı ilə Şuşada yallı oynayan Nikol Paşinyan və onun ətrafı bu gün Azərbaycan Ordusunun gücundən qorxaraq bizi dayandırmaq üçün havadarlarına yalvarırlar. Təəssüf ki, bizə dost görünən bəzi dövlətlərin əslində Ermənistanı gizlin şəkildə dəstəklədikləri bəlli oldu”.

Deputat söyləyib ki, bu gün ATƏT-in Minsk Qrupunda həmsədr kimi təmsil olunan Fransa açıq-aşkar işğalçını dəstəklədiyi sübut etdi: “Təbii ki, bu, beynəlxalq hüquq normalarına, qəbul olunmuş qərar və qətnamələrə zidd addımdır. 30 ilə yaxındır ki, Azərbaycan sülh yolu ilə torpaqlarımızın danışıqlar yolu ilə azad olunacağı günü gözlədi.

Lakin Ermənistan bu 30 ildə müxtəlif təxribatlarla danışıqlar prosesini pozmaqla məşğul idi. Çünki Ermənistan onun işğalçı siyasətini dəstəkləyən və bizə qarşı ikili münasibət göstərən beynəlxalq təşkilatlara, dövlətlərinə arxayın idi. Ona görə də  indiyə kimi BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirilməkdən imtina edib. Bu gün hansı danışıq və atəşkəsdən söhbət edirlər?! Cənab Prezidentin qətiyyətli mövqeyi ortadadır. Bizim daha 25-30 il gözləmək fikirimiz yoxdur. BMT-nin qəbul etdiyi 4 qətnamə icra edilməlidir. Yəni Ermənistan Silahlı Qüvvələri qeyd-şərtsiz torpaqlarımızı tərk etməlidir. Əks təqdirdə heç bir danışıq və atəşkəsdən söhbət gedə bilməz”.

Deputat vurğulayıb ki, biz bu gün beynəxalq hüquq normaları çərçivəsində torpaqlarımızı işğalçıdan təmizləmə əməliyyatı yerinə yetiririk: “Ermənilərdən fərqli olaraq Azərbaycan Ordusu heç vaxt mülkü vətəndaşları və yaşayış məntəqələrini hədəf seçməyib. Sentyabrın 27-dən bu günə kimi 19 mülki şəxsimiz həlak olub, 60-dan çox adam yaralanıb, yüzlərlə ev dağıdılıb. Təbii ki, bütün bunlar növbəti erməni vandalizminin və vəhşiliyinin nümunəsidir. Bəyəm bütün bunları bizə müxtəlif təzyiq göstərən dövlətlər və beynəlxalq təşkilatlar görmür? Bu gün Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları ilə 90-cı illərin əvvəllərindəki kimi gücsüz və başsız olmadığını bütün dünyaya bəyan etməkdədir. İnanıram ki, qələbə tezliklə bizimlə olacaq. Qüdrətli ordumuz Azərbaycan xalqının 30 illik həsrətə son qoyaraq topraqlarımızı işğalçılardan azad edəcək. Allah Ali Baş Komandanımızı və hərbiçilərimizi qorusun”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*