Ermənistan bu günə də etiraz aksiyası ilə başladı – VİDEObackend

Ermənistan bu günə də etiraz aksiyası ilə başladı - VİDEO

Ermənistan müxalifəti bu gün səhər saatlarında İrəvanın müxtəlif yerlərində Baş nazir Nikol Paşinyanın istefası tələbilə itaətsizlik aksiyasına başlayıb.

KONKRET.az erməni KİV-ə istinadən bildirir ki, “Vətənin xilası hərəkatı”nın tərəfdarları bir neçə küçəni bağlayıb.

Aktivistlər “Nikolsuz Ermənistan” şüarını səsləndirərək həm avtomobillərin, həm də insanların hərəkətini dayandırıblar.

Bənzər aksiyalar paytaxtın digər yerlərində də keçirilib. “Daşnaksütyun” partiyasının üzvü Qerasim Vardanyanın sözlərinə görə, etiraz aksiyaları Nikol Paşinyan və komandası hakimiyyətdə olduğu müddətdə davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*