“Ermənistan hakimiyyəti istənilən anti-Türkiyə prosesini rədd edir”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə politoloq Suren Sarkisyan öz Facebook səhifəsində yazıb:
“Bununla belə, hakimiyyətin Türkiyəyə müqavimət göstərməkdən, ona qarşı dayanmaqdan əl çəkməsi daha da narahatedicidir. Bu, Ermənistanın danışıqlar prosesində bütün alətləri itirməsi, birtərəfli güzəştlər sahəsində qalması deməkdir. Ermənistan Türkiyə üçün çoxdan başağrısı deyil, Türkiyə isə hələ də Ermənistanı düşmən hesab etməkdən əl çəkmir” – Suren Sarkisyan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
