Ermənistan hədə-qorxu gəlir – Parlamentdə Azərbaycanla bağlı QƏRARbackend

Ermənistan hədə-qorxu gəlir - Parlamentdə Azərbaycanla bağlı QƏRAR

Ermənistan Parlamentinin Xarici Əlaqələr Komissiyası hərbi əsirləri və həbsdə olan mülki şəxsləri geri qaytarmadığına görə Azərbaycanı qınayan qətnaməni parlamentə göndərib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, qərar layihəsi müstəqil deputatlar – Takui Tovmasyan, Anna Qriqoryan və Vardan Atabekyan tərəfindən təqdim edilib. Səsverməyə başlamazdan əvvəl layihə müəllifləri Xarici İşlər Nazirliyi və Dövlət və Hüquq Məsələləri Komissiyası tərəfindən təqdim olunan bütün təklif və düzəlişləri qəbul edib. Qərar layihəsi yekdilliklə təsdiqlənib.

Qeyd edək ki, əvvəllər millət vəkilləri sözügedən deputatların təşəbbüsünü bağlı qapılar arxasında müzakirə etməyə razı olublar. Müzakirədə Dövlət və Hüquq Məsələləri Daimi Komitəsinin sədri Vladimir Vardanyan və İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Komitəsinin sədr müavini Ani Samsonyan da iştirak edib.

Xatırladaq ki, həmin layihəyə görə, bütün əsirlərin geri qaytarılması prosesini süni surətdə təxirə salan Azərbaycan sərt qınanılır.

Erməni deputatlar Azərbaycan tərəfini beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqda ittiham edir.

Qeyd edək ki, Azərbaycan tərəfi haqlı olaraq əsirləri terrorçu hesab edərək onlara qarşı cinayət işi açıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

  • Tərlan
    Mart 2, 2021 - 14:48

    Şerefsiz yigini şerfsiz sizde minalanmış erzailerin sxemini verin bize bu özü bir herbi cinayetdi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*