Ermənistan Səhiyyə Nazirliyi COVID-19 səbəbiylə tətbiq olunan karantin müddətini altı aya qədər uzatmağı planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə naziri Arsen Tonoyan məlumat verib. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi karantinin altı ay uzadılması barədə qərar layihəsini hökumətə göndərib. “Bu, koronavirusla bağlı mövcud vəziyyətlə əlaqədardır”, – deyə nazir bildirib.
Xatırladaq ki, mövcud karantin müddəti 11 yanvarda sona çatacaq.
KONKRET.az