Ermənistan MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina etdibackend

Ermənistan MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina etdi

Ermənistan MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Minskdə keçiriləcək iclasında iştirakdan imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Xarici işlər naziri Ararat Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək”, – məlumatda deyilir.

Tədbir 12 aprel cümə gününə planlaşdırılıb.

Xatırladaq ki, mart ayında Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-də iştirakın dondurulmasının təfərrüatlarını açıqlayıb. Onun sözlərinə görə, İrəvanın KTMT-də daimi nümayəndəsi yoxdur, ən yüksək səviyyədə KTMT danışıqlarında iştirak etmir, lakin qəbul edilən qərarlara mane olmur.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*