KONKRET.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Pashinyan oktyabrın 11-də Aşqabadda keçiriləcək MDB Dövlət Başçıları Şurasının təkrar iclasında iştirak etmək üçün oktyabrın 10-da Türkmənistana işgüzar səfər edib.
Erməni mediası bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev də Aşqabada gedib. Media belə bir sual ortaya qoyub: “Bu fonda maraq doğuran bir sual yaranır: Nikol Paşinyan və İlham Əliyev Aşqabadda Vladimir Putinin himayəsi altında görüşəcəklərmi və Qarabağ münaqişəsi müzakirə ediləcəkmi? Bir sözlə, Düşənbənin “yüksək diplomatiyası” davam edəcəkmi?”