Ermənistan MN elan etdi: Aşağı Əskiparada partlayış…backend

Ermənistan MN elan etdi: Aşağı Əskiparada partlayış…

Aprelin 22-də saat 20:10-dan 20:30-a kimi Əskipara (Voskepar) – Aşağı Əskipara ərazisində, çayın sol hissəsində və Bağanis Ayrımdan 750 m şimal-şərqdə minatəmizləmə işləri çərçivəsində partlayış baş verəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.

“Qonşu ərazidə yaşayan sakinlərdən panikaya düşməmələri xahiş olunur”, – məlumatda bildirilib.

Qeyd edək ki, Qazaxın işğal altında olan 7 kəndindən anklav olmayan 4-nün qaytarılması barədə razılaşmadan sonra Ermənistan MN ərazidə minatəmizləmə işləri aparır və postlarını sökür. Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*