Ermənistan MTX-nin keçmiş direktorunun ölümü ilə bağlı cinayət işi bağlandıbackend

Ermənistan MTX-nin keçmiş direktorunun ölümü ilə bağlı cinayət işi bağlandı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Georgi Kutoyanın ölüm faktı ilə bağlı cinayət işinin istintaqı yetərli dəlil-sübut olmadığı üçün dayandırılıb.

KONKRET.az  “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Rima Yeqanyan bildirib.

Qeyd edək ki, 2020-ci il yanvarın 17-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sabiq direktoru Georgi Kutoyan Yerevan şəhərində ölü tapılıb. Ermənistan İstintaq Komitəsi 38 yaşlı G.Kutoyanın üzərində odlu silahdan açılmış yara olduğu bildirmişdi.

O, 2016-cı il fevralın 12-dən 2018-ci il mayın 10-dək bu vəzifədə çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*