backend

Ermənistan müxalifəti bu gün də aksiya KEÇİRƏCƏK

Bu gün Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyan əleyhinə növbəti etiraz aksiyası keçiriləcək.

KONKRET.az bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, Baqramyan prospektində yerli vaxtla saat 15:00-da növbəti mitinq keçiriləcək. Aksiyanın təşkilatçısı yenə “Vətənin qurtuluşu” hərəkatıdır.

Xatırladaq ki, Ermənistan müxalifəti ötən ilin sonlarından iqtidara qarşı etiraz aksiyaları keçirir. Paşinyan əleyhdarları Baş Nazirin istefaya getməsini tələb edirlər. Onlar bir neçə dəfə parlament binasının qarşısında çadırlar qurublar və orada gecələyiblər.

Baş nazir isə öz növbəsində istefa verməyəcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*