Ermənistanın “silah baronu” kimi tanınan, Ermənistan silahlı qüvvələrini silahla təchiz edən “Patron Davo” ləqəbli iş adamı David Qalstyan həbs olunub.
KONKRET.az bu barədə “Sputnik Armeniya”ya istinadən xəbər verir.
Məlumata görə, İrəvan məhkəməsində istintaq orqanının biznesmenlə bağlı vəsatətinə baxılıb.
Məhkəmə vəsatəti təmin edib və D.Qalstyan barəsində həbs qərarı çıxarıb.
Xatırladaq ki, D.Qalstyan Ermənistan Müdafiə Nazirliyinə köhnə və yararsız mərmi tədarük etməkdə ittiham olunaraq fevral ayının 1-də saxlanılmışdı.
Vəsilə İbrahim
KONKRET.az
