Ermənistanın “silah baronu” “Patron Davo” ləqəbli iş adamı David Qalstyan saxlanılıb.
KONKRET.az bu barədə “Sputnik Armeniya”ya istinadən xəbər verir.
Məlumata görə, o, Ermənistan Müdafiə Nazirliyinə köhnə və yararsız mərmi tədarük etməkdə ittiham olunur.
“Patron Davo”nun şirkəti nazirliyə 1983-1986-cı illərdə istehsal olunan topların yerinə 1977-ci ildə Çexiyada istehsal olunan eyni təyinatlı hərbi texnika satıb.
İnformasiyaya əsasən, “silah baronu” sayılan David Qalstyan dövlətə 523 milyon dram (1,08 milyon ABŞ dolları) məbləğində maddi ziyan vurub.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Mili Təhlükəsizlik Xidməti David Qalstyan barəsində cinayət işi başladığına dair məlumat yayılmışdı.
