“Ermənistan problemlərini təkbaşına həll etmək iqtidarında deyil” – Minasyan backend

“Ermənistan problemlərini təkbaşına həll etmək iqtidarında deyil” - Minasyan 

“Ermənistanın öz problemlərini təkbaşına həll etməsi ilə bağlı bəyanatlar yanlışdır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan Milli Məclisinin müxalif “Hayastan” fraksiyasının deputatı Artsvik Minasyan deyib

Onun sözlərinə görə, dünyada heç bir ölkə başqalarından tam təcrid olunmuş halda öz problemlərini həll etmək iqtidarında deyil.

“Hamıya hücum etmək lazım deyil… Kim dedi ki, Rusiyanın davranışından razıyıq? Xeyr, biz bundan razı deyilik. Lakin bu, o demək deyil ki, biz hamını aqressiv şəkildə tənqid etməliyik, Ermənistanı “boz canavarlarla” baş-başa qoymalıyıq”, – deyə deputat fikrini yekunlaşdırıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*