Keçən il Ermənistana Türkiyədən 1,732 milyon ton, 2019-cu ildə isə 2,893 milyon ton pomidor idxal olunub.
KONKRET.az xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb.
İrandan Ermənistana isə 241 min ton pomidor, 1,913 milyon ton xiyar idxal edilib.
Türkiyə Ermənistana 2045 ton ərik də ixrac edib.
Qəzet Türkiyə və İrandan pomidor və xiyar idxalının yerli istehsala böyük zərbə vurduğunu bildirib. Belə ki, idxal olunan tərəvəzin marketlərdə daha ucuz qiymətə satıldığı vurğulanıb.
