backend

Ermənistan yarı real, sui-qəsdçi və feysbukçu-virtual ölkədir - “Nezavisimaya qazeta

“Ermənistan yarı real, sui-qəsdçi və feysbukçu-virtual ölkədir”.

KONKRET.az xəbər verir ki, Rusiyanın “Nezavisimaya qazeta” Ermənistandakı mövcud siyasi vəziyyəti şərh edib.

“İndiki Ermənistan, əksər postsovet ölkələri kimi, yarı real, sui-qəsdçi və feysbukçu-virtual ölkədir, burada yuxarı ilə aşağı arasında birləşdirici heç nə yoxdur. Liderlərin yalnız bir daimi marağı var: hər şeyi olduğu kimi qoyub yaradılan xaosda və qarışıqlıqda daha çox güc axtarışında sonsuz ovunu davam etdirmək.

Təəssüf ki, ölkə hələ də mülkü-feodal dövlət səviyyəsindədir və dəyişikliklərin nə vaxt olacağı bilinmir.

Mümkündür ki, onları gözləməyə dəyməz, çünki erməni cəmiyyətinin əhəmiyyətli bir hissəsi hələ də möcüzə ümidi ilə yaşayır.  – hamı doğru yolun nişanələrini göstərəcək müəyyən bir liderin meydana çıxmasını gözləyir”, – qəzet yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*