Dağlıq Qarabağda xidmət aparan 2 erməni hərbçi Cermuxda yoxa çıxdı – MÜƏMMAbackend

Dağlıq Qarabağda xidmət aparan 2 erməni hərbçi Cermuxda yoxa çıxdı - MÜƏMMA

Ötən gün Ermənistan Silahlı Qüvvələrinin 2 müddətdən artıq hərbi qulluqçusu – Karen Şahnazaryan və Ağasi Ovannisyan itkin düşüb.

KONKRET.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi itkin düşən hərbçilərlə bağlı mətbuatda yayılan məlumatlarla əlaqədar açıqlama yayıb.

Nazirlik açıqlamasında 2 hərbçinin itkin düşdüyünü təsdiqləyib:

“Martın 21-də güclü qar fırtınası şəraitində bir hərbi bazadan digərinə keçid zamanı iki müqaviləli hərbçi ilə əlaqə kəsilib”.

Qeyd olunub ki, güclü qar çovğunu axtarış-xilasetmə işlərinə maneələr yaradır.

Məlumat üçün bildirək ki, əsgərlər əvvəllər Dağlıq Qarabağda xidmət aparıblar. Lakin Azərbaycan ordusu Qarabağı düşmən tapdağından azad etdikdən və nəzarəti ələ keçirdikdən sonra, erməni hərbçilər Cermuxdakı hərbi hissəyə köçürülüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*