“İran region üçün təhlükə artır deyib bəyanat verir və bulanıq suda balıq tutmağa çalışır” – AÇIQLAMAbackend

"İran region üçün təhlükə artır deyib bəyanat verir və bulanıq suda balıq tutmağa çalışır" - AÇIQLAMA

Azərbaycan və Ermənistan sərhəddində baş verənlər göstərir ki, dayanıqlı sülhün əldə edilməsi üçün kommunikasiyaların paralel bərpası və ölkələr arasında sülh anlaşmasının imzalanması vacibdir.

Bu fikirləri KONKRET.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov səsləndirib. O bildirib ki, İkinci Qarabağ Savaşında məğlub olmuş Ermənistanda baş qaldıran revanşist meyillər əslində rəsmi İrəvanın özü üçün ziyanlıdır: “Çünki Azərbaycan ordusu istənilən təxribata cavab vermək gücündədir və bunu bir daha sübut etdi. Azərbaycanda növbəti il üçün müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 489 milyon manat (2 milyard 640 milyon dollar) proqnozlaşdırılır. Azərbaycanın müdafiə və təhlükəsizlik xərcləri Ermənistanın illik büdcəsinin gəlirlərindən çoxdur. Bu isə o deməkdir ki, növbəti illərdə də iki ölkə arasında iqtisadi fərq və hərbi güc səviyyəsi daha da dərinləşəcək. Son savaşdan sonra regionda yeni düzən formalaşıb. Amma bu cəhdlər yeni düzəni pozmaq gücündə deyil və olmayacaq da”.

Vüqar Bayramov: "Zəngəzur dəhlizi region üçün strateji əhəmiyyətə malik olacaq”

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu isə sərhəddə baş verən erməni təxribatları ilə bağlı bunları deyib: “Azərbaycan-Ermənistan sərhədində, Kilisəli dağı yaxınlığında atəşkəsin pozulması münaqişə tərəflərindən başqa əksər ölkələrə sərf edir. Rusiyanın müdafiə naziri telefonla başla və dayan əmrləri ilə bölgədə gücünü və təsirini bir daha nümayiş etdirir. Belə halları təkrarlandırmaqla Azərbaycan və Ermənistan sərhədinin münaqişəli yerlərində də xüsusi nəzarət postları qurmaq üçün əsaslar qazanır. ABŞ, Fransa və digər qərb dövlətləri münqaişə tərəflərinə çağırışlar etməklə Minsk Qrupunun fəaliyyətinin yenidən bərpası üçün istinadlar yaradır. İran isə region üçün təhlükə artır deyib bəyanat verir və bulanıq suda balıq tutmağa çalışır”.

Qubad İbadoğlu: Qocaların çoxu pensiya ala bilməyəcək

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*